Bank Of Baku

Azərbaycan paytaxtının Nəsimi rayonunda yaşayış binasında partlayışla bağlı saxlanılan şəxs barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilib

Azərbaycan paytaxtının Nəsimi rayonunda yaşayış binasında partlayışla bağlı saxlanılan şəxs barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilib
# 21 yanvar 2009 09:36 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Bakının Nəsimi rayonu, Cavad xan küçəsi, 30 ünvanında yerləşən yaşayış binasında baş vermiş partlayışla bağlı saxlanılan Orxan Əliyevin barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilib. Bu barədə APA-ya hadisənin baş vermə səbəblərini araşdıran Bakı şəhər Prokurorluğunun istintaq qrupunun rəhbəri Xanlar Qafarov məlumat verib. Onun sözlərinə görə, O. Əliyev sözügedən binanın partlayış baş verən mənzilində yaşayıb: “Hazırda istintaq adıçəkilən şəxsin sözügedən ünvanda baş vermiş partlayışla bağlı barəsində qaldırılmış cinayət işi üzrə araşdırma aparır. Orxanın barəsində artıq iki ay müddətinə həbs-qətimkan tədbiri seçilib və istintaq tədbirləri davam etdirilir”.

Xatırladaq ki, Şirvan şəhər sakini Orxan Rəhim oğlu Əliyev yanavarın 18-i Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsi əməkdaşları tərəfindən saxlanılıb. Hadisənin onun günahı ucbatından baş verdiyi bildirilir. Onun barəsində Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) və 187-ci (əmlakı ehtiyatsızlıqdan məhv etmə və ya zədələmə) maddələri ilə cinayət işi başlanılıb.

Qeyd edək ki, yanvarın 16-da saat 16.00 radələrində Bakının Nəsimi rayonu, Cavad xan küçəsi, 30 ünvanında yerləşən beşmərtəbəli yaşayış binasının 60-cı mənzilində qaz sızmasından partlayış baş verib. Hadisə nəticəsində 5 nəfər həlak olub, 10 nəfər yaralanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR