Bank Of Baku

Müsavatçı gənclər MTRŞ-nın binası qarşısında aksiya keçirməyə cəhd ediblər

Müsavatçı gənclər MTRŞ-nın binası qarşısında aksiya keçirməyə cəhd ediblər
# 21 yanvar 2009 09:45 (UTC +04:00)
Bakı. Elnur Məmədli-APA. Müsavat Partiyasının Gənclər Təşkilatının bir qrup üzvü xarici radiostansiyaların Azərbaycanın FM tezliyində yayımının dayandırılmasına etiraz olaraq Milli Televiziya və Radio Şurasının (MTRŞ) qarşısında aksiya keçirməyə cəhd göstəriblər. APA-nın məlumatına görə, aksiya təyin olunduğu vaxtdan yarım saat gec başlanıb. Səbayel rayon Polis İdarəsinin əməkdaşları Rəşid Behbudov adına Mahnı Teatrının binası qarşısına toplaşan gənclərə MTRŞ-yə yaxınlaşmağa imkan verməyiblər. Buna baxmayaq piket iştirakçıları müxtəlif şüarlar səsləndirə biliblər. Aksiya iştirakçılarından 9 nəfər saxlanılaraq Səbayel rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinə aparılıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR