Bank Of Baku

Mahir Mirsalamlının məhkəmə-tibbi ekspertizasının aparılması haqda vəsatət qismən təmin edilib

Mahir Mirsalamlının məhkəmə-tibbi ekspertizasının aparılması haqda vəsatət qismən təmin edilib
# 21 yanvar 2009 10:03 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov, Bakı şəhərinin sabiq prokuroru Ədalət Mirsalamov və Əzizbəyov rayonunun sabiq prokuroru Rəşid Həsənovun övladları Mahir Mirsalamlı və Yalçın Həsənov və daha 11 nəfərin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. APA-nın məlumatına görə, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə
M. Mirsalamlının vəkili Nərminə Məmmədova müdafiə etdiyi şəxsin səhhətində olan problemdən və bu səbəbdən də onun hazırda cəzaçəkmə müəssisəsinin tibb məntəqəsində saxlanıldığından danışıb. N. Məmmədova M. Mirsalamlıda doğuş zamanı kəllə-beyin travması aldığından bayılmaların olmasını da diqqətə çatdırıb. Vəkil müdafiə etdiyi şəxsdə bu və digər xəstəliklərin olduğunu əsas gətirərək, M. Mirsalamlının üzərində bayılma, psixiatriya, kəllə-beyin travması ilə əlaqədar məhkəmə tibbi ekspertizasının aparılması haqda vəsatət qaldırıb.
Dövlət ittihamçısı isə vəsatətlə bağlı bəzi iradlarını bildirib və vəsatətin qismən təmin olunmasını məqsədəuyğun hesab etdiyini deyib. Bununla bağlı müşavirədən qayıdan məhkəmə vəsatətin qismən təmin olunması ilə bağlı qərar verib. Qərara əsasən məhkəmə tibbi ekspertizası M. Mirsalamlının psixiatriya ilə bağlı müayinəsini aparmayacaq.
Məhkəmə qeyri-müəyyən tarixə qədər təxirə salınıb.
Xatırladaq ki, adıçəkilən şəxslər narkotik vasitələrin qanunsuz dövriyyəsi və istifadəsində ittiham olunurlar. İttiham aktına əsasən Orxan Nadirov, Mahir Mirsalamlı, Yalçın Həsənov, Elşən Rüstəmov, Əli İsmayılov, Zubiyə Qulami, Vüqar Əliyev, Cavidan Əliyev, Ramin Həsənov, Kamilə Eyvazova, Elşən Budaqov, Həsən Həsənov, Mirəli Əliyev Cinayət Məcəlləsinin 206-cı (qaçaqmalçılıq), 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) və 234.4.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham olunurlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR