Bank Of Baku

“Əl-Qaida” üzvü olan Azərbaycan vətəndaşı 15 il müddətinə azadlıqdan məhrum edilib

“Əl-Qaida” üzvü olan Azərbaycan vətəndaşı 15 il müddətinə azadlıqdan məhrum edilib
# 21 yanvar 2009 10:27 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə qəsdən adam öldürmə, hakimiyyəti zorla ələ keçirmə, silahlı birləşmə yaratma, milli, dini düşmənçilik salma maddələri ilə ittiham olunan Hacı Çankayevin rəhbərlik etdiyi dəstənin üzvü Rəhim Salmanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. APA-nın məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə Rəhim Xaliddin oğlu Salmanovun törətdiyi cinayətlərin təsdiq olunduğunu əsas gətirərək, adıçəkilən şəxs barəsində 15 il müddətinə azadlıqdan məhrum etmə qərarı çıxarıb.

Xatırladaq ki, R. Salmanov 2002-ci ildən Qusar rayonunda axtarışda olub. 2006-cı ildə isə Dağıstanda həbs edilərək Azərbaycana ekstradisiya olunub. R. Salmanov Azərbaycan Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır xəsarət yetirmə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölmünə səbəb olma), 29, 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlamağa cəhd), 279-cu (qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma), 283-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham olunan Hacı Çankayevin dəstəsinin üzvüdür.

Hacı Çankayevin daxil olduğu Azərbaycan, Rusiya, Türkiyə və Yəmən vətəndaşlarından ibarət 15 nəfərlik dəstə üzvləri dini təmayüllü təşkilatların, “Əl-Qaida”nın üzvü olub, Gürcüstanın Pankisi dərəsindəki düşərgələrdə təlim keçiblər. Dəstə üzvləri terror əməlləri törətməkdə, qanunsuz yolla silah-sursat əldə etmək və gəzdirməkdə, Nəsimi rayon Polis İdarəsinin əməkdaşı Mövlan Əlibəyovu qətlə yetirməkdə və digər ağır cinayətlərdə ittiham olunub. Dəstənin başçısı Arif Hacıyev ömürlük, Emil Hacıverdiyev 10 il, Hamdan Mohammed Ahmed Salem, Hacı Çankayev, Abdulla Abdulkərimov və Şirin Əliyev 7 il, Aslan Berkov, İsa İslamov, Karanay Abdulhəmidov, Arsen Qaziyev, Jembek Əsədullayev, Mustafa Dəlibaşlar, İnan Əhməd, Hayal Səlçuq Hüsnü və Karakaş Cuma Şıximam isə 5 il müddətinə azadlıqdan məhrum edilib. Rusiyada isə H. Çankayevə qarşı qanunsuz silahlı birləşmələrin tərkibində iştirak etmək və odlu silah saxlamaq ittihamları irəli sürülüb. Rusiya Baş Prokurorluğunun müraciətindən sonra həmin ölkəyə ekstradisiya edilən məhkum Dağıstan şəhər Məhkəməsinin hökmü ilə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, Azərbaycandakı cəzasını çəkəndən sonra Rusiyaya veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR