Bank Of Baku

Elçin Behbudov “Tolişi sədo”nun həbsdə olan baş redaktoru ilə görüşüb

Elçin Behbudov “Tolişi sədo”nun həbsdə olan baş redaktoru ilə görüşüb
# 21 yanvar 2009 10:47 (UTC +04:00)
Bakı. Hafiz Heydərov –APA. Saxlanıldığı 15 saylı Cəzaçəkmə Müəssisəsində nəzarətçiyə qarşı kobudluq etdiyi üçün “kars”a salınan “Tolişi sədo” qəzetinin baş redaktoru Novruzəli Məmmədov bu gün oradan çıxarılıb. Bu barədə APA-ya İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov bildirib. Komitə sədri bu gün N. Məmmədovun saxlanıldığı 15 saylı Cəzaçəkmə Müəssisəsində olduğunu deyib. Məhbusla görüşdüyünü deyən E. Behbudov onun yanvarın 15-də nəzarətçiyə qarşı kobudluq etdiyi üçün 15 günlük cərimə otağına salındığını bildirib: “67 yaşlı məhbus səhhətindən ciddi şikayət etdi. Mən bu şikayətlər barədə müəssisə rəhbərinə məlumat verdim və o, vaxtından əvvəl saxlanıldığı cərimə otağından çıxarıldı”.
Qeyd edək ki, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) və 283-cü (milli, irqi, dini düşmənçiliyi yayma) maddələri ilə ittiham olunan “Tolişi sədo” qəzetinin baş redaktoru Novruzəli Məmmədov Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR