Bank Of Baku

Azərbaycan paytaxtındakı 2 saylı Şəhər Klinik Xəstəxanasında yanğın baş verib - YENİLƏNİB - FOTOSESSİYA

Azərbaycan paytaxtındakı 2 saylı Şəhər Klinik Xəstəxanasında yanğın baş verib - <font color=red>YENİLƏNİB - FOTOSESSİYA</font>
# 21 yanvar 2009 11:29 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən APA-ya verilən məlumata görə, yanğın bu gün saat 13.30 radələrində başlayıb. APA-nın hadisə yerində olan əməkdaşının məlumatına görə, yanğın xəstəxananın Doğum Şöbəsindəki tədris otağında baş verib. Hadisə yerinə 1 yanğınsöndürən maşın gəlib və tez bir zamanda yanğının qarşısını almaq mümkün olub.

Xəstəxananın baş həkiminin müavini Araz Ağalarov yanğına qısaqapanmanın səbəb olduğunu deyib. O, narahatçılığa əsas olmadığını, yanğının artıq söndürüldüyünü, xəsarət alan olmadığını açıqlayıb.
Doğum Şöbəsinin həkimləri APA-ya bildiriblər ki, yanğın baş verən şöbədə yeni körpələr doğulub, iş qaydasındadır.

Qeyd edək ki, bəzi valideynlər yanğın baş verdiyinə görə, yeni doğulan körpələrini vaxtından əvvəl çıxarıb aparıblar.

Xəstəxananın mühafizəsi ilə məşğul olan “Riad” Təhlükəsizlik Xidmətinin əməkdaşları jurnalistləri yanğın baş verən əraziyə buraxmayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR