Bank Of Baku

Kamran Əsədovun hərbçi yoldaşları məhkəmədə onunla bağlı sualları cavablandırıblar

Kamran Əsədovun hərbçi yoldaşları məhkəmədə onunla bağlı sualları cavablandırıblar
# 21 yanvar 2009 11:39 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə Azərbaycan Ordusunun keçmiş zabiti Kamran Əsədovun və digər 19 nəfərin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. APA-nın məlumatına görə, hakim İslam Neymanovun sədrliyi ilə qapalı keçirilən prosesdə şahidlər dindirilib. K. Əsədovla eyni hərbi hissədə xidmət etmiş hərbi qulluqçular təqsirləndirilən şəxslə bağlı lazımi sualları cavablandırıblar. Növbəti məhkəmə iclasında isə təqsirləndirilən şəxslərin valideynləri və yaxınları şahid qismində ifadə verəcəklər.

Məhkəmə prosesi yanvarın 22-də davam etdiriləcək.

Qeyd edək ki, təqsirləndirilən şəxslər - Kamran Əsədov, Bəxtiyar Orucov, Fərid Cabbarov, Elşən Məmmədov, Kamran Babayev, Samir Mehbalıyev, Tərlan Kərimov, Edqar Əliyev, Ramil Kərimov, Şirvani Babayev, Samir Əliyev, Yalçın Məhərrəmov, Orxan Əlizadə, Hacıbala Hüseynov, Azər İbadov, Şəhriyar Mehrəliyev, Ramin Cəlilov, Rövşən Əbdüləliyev, İlkin İsmayılov və Vüqar Əliyev dini radikal qrupda birləşərək, hərbi mübarizəyə başlamağa cəhd etməkdə, Bakıdakı “LUKoyl” yanacaqdoldurma məntəqəsinə silahlı basqın etməkdə, ABŞ və Böyük Britaniyanın Azərbaycandakı səfirliklərinə qarşı terror aktı hazırlamaqda ittiham olunurlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR