Bank Of Baku

Samuxda narkotika satışı ilə məşğul olan şəxslər saxlanılıb

Samuxda narkotika satışı ilə məşğul olan şəxslər saxlanılıb
# 21 yanvar 2009 13:17 (UTC +04:00)
Samux. Nəzakət Məşədiəliqızı –APA. Samux rayonun Sərkar kənd sakini, 1980-ci il təvəlüdlü Nişat Urmuş oğlu Nəsibov Polis Şöbəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Samux rayon Polis Şöbəsinin müstəntiqi Elşən Elciyevin APA-nın qərb bürosuna verdiyi məlumata görə, onun üzərində 6,42 qram marixuana aşkar edilib. N. Nəsibov narkotik vasitəni həmkəndlisi 1976-ci il təvəlüdlü Tağıyev Rövşən İnqilab oğlundan 50 manata aldığını bildirib. R. Tağıyevin evinə baxış keçirilərkən 93,79 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunuraq götürülüb. R. Tagıyev narkotik vasitəni yol kənarından tapdığını deyib.
Artıq hər iki şəxs barəsində Samux rayon Məhkəməsinin qərarı ilə həbs-qəti imkan tədbiri secilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR