Bank Of Baku

Quldurluq və hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən dəstə üzvlərinin apelyasiya şikayəti üzrə ilkin məhkəmə iclası təxirə salınıb

Quldurluq və hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən dəstə üzvlərinin apelyasiya şikayəti üzrə ilkin məhkəmə iclası təxirə salınıb
# 21 yanvar 2009 13:24 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün Bakı Apellyasiya Məhkəməsində quldurluq və hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən “RİAD” təhlükəsizlik xidmətinin əməkdaşlarının, Azərbaycan Ordusunun zabitinin və İran vətəndaşlarından ibarət qrupun ilkin məhkəmə iclası keçirilib. Məhkəmədən APA-ya verilən məlumata görə, hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə müdafiə tərəfi çıxış üçün vaxt istəyib. Hakim vəkilin xahişini təmin edib, proses yanvarın 3-dək təxirə salınıb.
İttiham aktına görə, İran vətəndaşı Atollah İnnami 2004-cü ildə “Həyat” Mebel Mərkəzinin əməkdaşı Tahir İsmayılova 230 min ABŞ dolları dəyərində mal verib. Bundan sonra A. İnnami malın pulunu almaq üçün “RİAD” Təhlükəsizlik Xidmətinin əməkdaşlarına müraciət edib. Xidmətin əməkdaşları isə dəfələrlə T. İsmayılovdan müəyyən miqdarda pul alıblar. Sonradan pulun qalan hissəsini almaq üçün “Həyat” Mebel Mərkəzinin boşaldılmasını tələb ediblər. Dəstə üzvləri ticarət mərkəzi əməkdaşının şikayəti əsasında Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən həbs olunublar.
Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə keçirilən məhkəmə prosesində quldurluq və hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən “RİAD” təhlükəsizlik xidmətinin əməkdaşları Azər Rəhimov, Əlifağa Hacıyev 14 il, Elşən Kərimov, Cavid Hüseynov 13 il, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin zabiti Lətif Kərimov, İran İslam Respublikasının vətəndaşları Atollah İnnami və Hüseyn Yusifzadə 11 il müddətinə azadlıqdan məhrum ediliblər.
Qeyd edək ki, adıçəkilən şəxslər Cinayət Məcəlləsinin 181.3-cü (mütəşəkkil dəstə tərəfindən quldurluq etmə) və 182.3.2-cü (mütəşəkkil dəstə tərəfindən hədə-qorxu ilə tələb etmə), 178.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən quldurluq etmə) maddələri ilə ittiham olunublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR