Bank Of Baku

ANAMA əməkdaşları Baş Mil kanalında xeyli silah-sursat aşkarlayıblar

ANAMA əməkdaşları Baş Mil kanalında xeyli silah-sursat aşkarlayıblar
# 21 yanvar 2009 14:16 (UTC +04:00)
Füzuli. Teymur Zahidoğlu-APA. Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməkdaşları Baş Mil kanalının Füzuli rayonu ərazisindən keçən hissəsində xeyli sayda silah-sursat aşkarlayıblar. ANAMA-nın Regional Əməliyyat meneceri Cavid Mehrəliyevin APA-ya verdiyi məlumata görə, Füzuli rayonunun Kərimbəyli kənd sakinlərinin məlumatı əsasında kanalın kəndə yaxın hissəsinə baxış keçirilib. Nəticədə suyun içərisindən 1 ədəd «Kalaşnikov» markalı avtomat silahı, 3 ədəd TİM-62 markalı tank əleyhinə, 1 ədəd OZM-72 tipli piyada əleyhinə mina, 2 ədəd F-1 markalı əl qumbarası, 1 ədəd PDM mərmisi, 1 ədəd qumbaratan mərmisi, 2 ədəd top mərmisi aşkarlanaraq götürülüb. Bildirilib ki, bugünkü əməliyyatlar nəticəsində tapılan sursatlar təhlükəsiz ərazidə nəzarət altındadır. Sabah aparılacaq əməliyyat axtarış tədbirlərinin nəticəsindən asılı olaraq, tapılmış silah-sursat zərərsizləşdiriləcək. Ehtimala görə, döyüş ləvazimatları birinci Qarabağ müharibəsindən qalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR