Bank Of Baku

Bacısının evindən oğurluq edən Sumqayıt sakini tutulub

Bacısının evindən oğurluq edən Sumqayıt sakini tutulub
# 21 yanvar 2009 15:49 (UTC +04:00)
Bakı. Hafiz Heydərov –APA. Sumqayıtda bacısının evindən oğurluq edən şəxs həbs edilib. Sumqayıt şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, oğurluq hadisəsi şəhərin H.Z. Tağıyev qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1979-cu il təvəllüdlü Nəsibə Timurxan qızı Abışova yaşadığı mənzildən pul və ev əşyalarının oğurlanması barədə polisə məlumat verib. Aparılan araşdırmalar nəticəsində oğurluğu törədən şikayətçinin onun öz qardaşı olduğu müəyyən edilib. Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Natiq Timurxan oğlu Abışov tutularaq məsuliyyətə cəlb edilib. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR