Bank Of Baku

Bakıda baş verən yol qəzalarında iki nəfər ölüb

Bakıda baş verən yol qəzalarında iki nəfər ölüb
# 22 yanvar 2009 08:07 (UTC +04:00)
Bakı. Hafiz Heydərov APA. Bakıda baş verən yol qəzalarında iki nəfər ölüb. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, H. Əliyev prospekti, Əzizbəyov dairəsində baş vermiş qəza hadisəsində piyada həlak olub. Məlumata görə, Bakı şəhər sakini, 1963-cü il təvəllüdlü Əliyev Aydın Əsədulla oğlu idarə etdiyi “Daewoo” markalı, 10 TE 289 dövlət nömrə nişanlı avtobusla piyada, 1951-ci il təvəllüdlü Həsənov Nazim Məmməd oğlunu vurub. Qəza nəticəsində yaralı xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Digər yol-qəza hadisəsi isə paytaxtın Zığ-Hövsan yolunda baş verib. Bakı şəhər sakini, 1963-cü il təvəllüdlü Ramazanov Mehman Əsəd oğlunun idarə etdiyi “VAZ-21013” markalı, 23 BE 821 dövlət nömrə nişanlı avtomobil əks istiqamətdə hərəkət edən, 1969-cu il təvəllüdlü Əliyev İkram Mahmud oğlunun idarə etdiyi “MAZ” markalı, 10 RZ 793 dövlət nömrə nişanlı maşınla toqquşub. Nəticədə “VAZ-21013”-ün sürücüsü M. Ramazanov hadisə yerindəcə dünyasını dəyişib. Hər iki fakt üzrə araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR