Bank Of Baku

Politoloq Zərdüşt Əlizadənin oğlu barəsində seçilmiş həbs-qətimkan tədbiri qərarından apelyasiya şikayəti verilib

Politoloq Zərdüşt Əlizadənin oğlu barəsində seçilmiş həbs-qətimkan tədbiri qərarından apelyasiya şikayəti verilib
# 22 yanvar 2009 11:38 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Politoloq Zərdüşt Əlizadənin oğlu Salur Əlizadə barəsində Nəsimi rayon Məhkəməsində seçilmiş 2 aylıq həbs-qətimkan tədbiri qərarından apelyasiya şikayəti verilib. Bu barədə APA-ya S. Əlizadənin vəkili Elçin Sadıqov məlumat verib. Vəkil bildirib ki, məhkəmənin qərarı real faktlara əsaslanmayıb. Buna görə də Apelyasiya Məhkəməsindən rayon məhkəməsinin qərarını ləğv etmək xahiş olunub.

E. Sadıqovun sözlərinə görə, 1979-cu il təvəllüdlü S. Əlizadə barəsində Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından arıq miqdarda əldə etmə və saxlanma) cinayət işi başlanılıb.

Zərdüşt Əlizadə isə APA-ya bildirib ki, oğlunun həbsi ilə bağlı hüquq-mühafizə orqanları həqiqətə uyğun olmayan səbəblər irəli sürürlər: “Mənim oğlum cani deyil, tərbiyəli, təmiz, vicdanlı, əməksevər insandır. Çalışırıq ki, ədaləti ortaya çıxaraq”.

Z. Əlizadə bildirib ki, mətbuatda “Azadlıq” qəzetinin əməkdaşı Mirzə Sakitin şərlənərək tutulduğunu yaxdığı üçün onu məhkəməyə verərək cərimələyiblər: “İndi Avropa İnsan Haqları Məhkəməsinə müraciət etmişəm. Yəqin məni bu yoldan geri çəkindirmək istəyirlər, yaxud da qisas alırlar”.

Z. Əlizadə oğlunun rəngsaz olduğunu da sözlərinə əlavə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR