Bank Of Baku

Ötən gecə Azərbaycan paytaxtında keçirilən reyd zamanı bir qrup “avtoş” saxlanıb - SİYAHI

Ötən gecə Azərbaycan paytaxtında keçirilən reyd zamanı bir qrup “avtoş” saxlanıb - <font color=red>SİYAHI </font>
# 22 yanvar 2009 11:47 (UTC +04:00)
Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Xətai rayon Dövlət Yol Polisi İdarəsi, rayon Post Patrul Xidməti bölüyü və Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsi əməkdaşlarının birgə həyata keçirdiyi reyd zamanı “avtoş”luqla məşğul olan 9 sürücü saxlanılıb. Avtoxuliqanların hamısının “VAZ-2107” markalı avtomobillərdən istifadə etdiyi məlum olub.

Məlumatda, həmçinin, həmin şəxslərin idarə etdikləri avtomobillərin dövlət nömrə nişanlarının çıxarıldığı, texniki qaydaların kobud şəkildə pozularaq, maşınların nasaz vəziyyətdə idarə edildiyi, ictimaiyyəti narahat edən siqnallardan istifadə olunduğu və həmin sürücülərin DYP əməkdaşlarının göstərişlərinə tabe olmadan şəhər ərazisində xuliqanlıq etdikləri bildirilir.

Saxlanılan sürücülər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 296.1-ci (avtoxuliqanlıq) maddəsi ilə məsuliyyətə cəlb ediliblər. “Avtoş”luqla məşğul olan sürücülər barəsində materiallar aidiyyəti üzrə məhkəmələrə göndərilib. Onları 1 gündən 15 günədək həbs cəzası gözləyir. Saxlanılan şəxslərin həmçinin 1 ildən 2 ilədək sürücülük hüququndan məhrum ediləcəyi və müxtəlif miqdarda cərimə olunacağı bildirilir.

Paytaxtda “avtoş”luqla məşğul olduğuna görə saxlanılan sürücülərin adları və idarə etdikləri avtomobillərin siyahısı:

1987-ci il təvəllüdlü Samir Fərzəliyev - “VAZ-2107”, 10 ZP 043
1988-ci il təvəllüdlü Namiq Ələkbərov - “VAZ-2107”, 90 CE 537
1987-ci il təvəllüdlü Eltac Şəmiyev - VAZ-2107”, 10 UH 461
1982-ci il təvəllüdlü İlqar Həsənov - VAZ-2107”, 10 SL 403
1981-ci il təvəllüdlü Ayaz Şirinov - “VAZ-2107”, 90 EF 081
1985-ci il təvəllüdlü Rail Musayev - “VAZ-2107”, 10 TZ 665
1987-ci il təvəllüdlü Orxan Həsənov - “VAZ-2107”, 62 BE 021
1987-ci il təvəllüdlü Elman Rzayev - “VAZ-2107”, 10 NO 627
1965-ci il təvəllüdlü Rauf Qafarov - “VAZ-2107”, 10 GS 023
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR