Qəzzada yaşayan Azərbaycan vətəndaşı: “Qızım İsrailin raket zərbələrindən uçmuş məktəbin dağıntıları altında qalmışdı” - EKSKLÜZİV
Səbinə Şanaa Qəzza zolağında hələ də Azərbaycan vətəndaşlarının qaldığını deyib: “Orada daha üç azərbaycanlı qadını – Dinarə, Səadət və Nailəni tanıyıram. Səadətin üç uşağı var, o həm də hamilədir. Ərinin Azərbaycan vətəndaşlığı olmadığı üçün o, Qəzza zolağını tərk eləmək istəmədi. Qadınlarımız ərlərini qoyub gəlmək istəmirlər”. Səbinə Şanaa müharibənin dəhşətlərini belə xatırlayır: “Nə qaz, nə işıq, nə də su vardı. Hər gün bombardmanlardan qorunmaq üçün birinci mərtəbədə gizlənməli olurduq. Gördüyüm mənzərələr mənim və övladlarımın gözü qarşısından bu gün də çəkilmir. Əməliyyatın birinci günü İsrail təyyarələri övladlarımın təhsil aldığı məktəbi bombaladılar. Qızım dağıntılar altında qalıb, onu çıxaran zaman çoxlu sayda qan işində qışqıran yaralıları, başsız, qolsuz, ayaqsız bədənləri görüb. Bundan sonra qızımın qorxudan ürəyi gedib və onu xəstəxanaya aparıblar. Artıq həmin xəstəxanada yoxdur, İsrail aviasiyası oranı da bombardman elədi. Mən isə yerimdən tərpənə bilmirdim. Məktəb evimizin yaxınlığında idi, amma bombardmanlar qaçaraq məktəbə gedib, uşaqlarımı götürməyə imkan vermirdi”.
Səbinə Şanaa Qəzza zolağını Rusiya və Ukrayna Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının köməyi ilə tərk etdiyini bildirib: “Mən Qəzzanı tərk etməkdə əvəzsiz kömək etdiyinə görə Rusiya konsulu Yevgeni Nikolayeviçə, Azərbaycanın Misirdəki səfirliyinə və xüsusilə konsul Vüqar Yusifova təşəkkür etmək istəyirəm. Misirdən Azərbaycana məhz onun köməyi ilə gələ bildik. Əvvəlcə Həştərxana getmək istəyirdim, böyük qardaşım və bacım orada yaşayır. Bakıda mənim heç kimim qalmayıb. Lakin Azərbaycan vətəndaşı kimi məni Bakıya göndərdilər. İndi Bakıda başqasının mənzilində qalmaq məcburiyyətindəyəm. Sonra nə olacağını bilmirəm, əsas odur ki, Qəzzadan sağ-salamat çıxa bildik”. Səbinə Şanaa Qəzza zolağına qayıtmaq fikrində olmadığını deyib. Soydaşımız bəzi mülahizələr səbəbilə özünün və övladlarının fotolarının çəkilməsini istəməyib.
Hadisə
Masallıda baş verən qəzada 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb
Xarkovda ölən Azərbaycan vətəndaşının meyiti bu gecə Azarbaycana gətiriləcək
Qazaxda çayda batan yeniyetməni xilas etmək mümkün olmayıb - YENİLƏNİB2
Səhiyyə Nazirliyinin sabiq idarə rəisi yarım milyonluq mənimsəmədə ittiham olunur
Xəbər Lenti
DÇ-2026: Portuqaliya 1/8 finala yüksəlib
Tramp sərvətinin trilyon dollara çatması münasibətilə Maskı təbrik edib
ABŞ Sahil Mühafizə Xidməti 3,3 milyard dollar dəyərində altı buzqıran gəmi sifariş edib
Tramp: İranla qarşıdurma özlüyündə müharibə deyil, nüvəsizləşdirmə prosesidir
Masallıda baş verən qəzada 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb
DÇ-26: İspaniya 1/8-ə 3 qolla yüksəlib
Monakoda ukraynalı biznesmenə qarşı sui-qəsd cəhdində şübhəli bilinən şəxsin kimliyi müəyyən edilib
ABŞ İrana Hörmüz boğazından pulsuz keçid müqabilində dondurulmuş aktivlərini qaytarmağı vəd edib
Rutte: Avropa və Kanada iki il ərzində müdafiə xərclərini 250 milyard dollar artıracaq
Hakan Fidan: Ankarada “NATO 3.0” konsepsiyası qəbul ediləcək
Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı 25-ə çatıb - FOTO - YENİLƏNİB-5
Rusiyadan üzən və may ayında Fransa tərəfindən saxlanılan tanker lövbər saldığı ərazini tərk edib
Payızda Serbiyada həm prezident, həm də parlament seçkiləri keçirilə bilər
Dəməşqdə Ədalət Sarayının yaxınlığında partlayışda 6 nəfər ölüb, 22 nəfər yaralanıb - YENİLƏNİB-2
Xarkovda ölən Azərbaycan vətəndaşının meyiti bu gecə Azarbaycana gətiriləcək
Ursula Fon der Lyayen Azərbaycana və Ermənistana səfəri ilə bağlı videoçarx paylaşıb
Nəsimi rayonunda “Polis Günü”qeyd olunub
Ermənistanda 2,4 bal gücündə zəlzələ baş verib
Qazaxda çayda batan yeniyetməni xilas etmək mümkün olmayıb - YENİLƏNİB2
Belarus vətəndaşlarını Rusiyanın sərhədyanı bölgələrinə səfərdən çəkinməyə çağırıb
Polşada iki il ərzində anti-Ukrayna aksiyaları təşkil edən Rusiya agentləri ifşa olunub
Xameneinin dəfnində Azərbaycandan Sahibə Qafarova, Şahin Mustafayev və digər rəsmilər iştirak edəcək
Paşinyan Koçaryandan danışıb: Hamısı həbs olunacaq
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 14 vaqon buğda göndəriləcək
Ağdamda Xocalı şəhidi Məzahir Əbilovdan bəhs edən sənədli film nümayiş etdirilib - FOTO
Zelenski: Rusiya Kiyevə son hücumuna görə cavabını alacaq
Ermənistan Naxçıvana və Türkiyəyə gedən dəmir yolu xətlərini bərpa edəcək
İranın Ali Rəhbərinin nümayəndəsi: Müctəba Xamenei atasının dəfnində iştirak etməyəcək
Ermənistan dəmir yoluna dair müqaviləni Rusiya ilə birtərəfli qaydada ləğv etməyəcək
Konqo Demokratik Respublikasında Ebolaya yoluxanların sayı 1400-ü keçib
Paşinyan: Azərbaycan sərhədindən Türkiyəyədək magistral yolun beynəlxalq yükdaşımalar üçün açılması üzrə iş aparılır
Ceyhun Bayramov BMT Baş katibinin xüsusi elçisi ilə görüşüb
Səhiyyə Nazirliyinin sabiq idarə rəisi yarım milyonluq mənimsəmədə ittiham olunur
Şavkat Mirziyoyev Gürcüstana səfər edib
Türkiyə və Azərbaycan elektrik enerjisinin ötürülməsi imkanlarını nəzərdən keçirib
Azərbaycan və Türkiyə HHQ komandanları hərbi aviasiya sahəsində əməkdaşlığı müzakirə edib
Paşinyan: Aİ Ermənistandan ixrac olunan bir sıra məhsullar üçün rüsumsuz rejim tətbiq edib
AccessBank-dan yeni biznes müştərilərinə 50%-dək endirim kampaniyası
Suriya və Livan arasında razılaşma imzalanıb
Pistorius: Ukraynadakı müharibə həlledici mərhələyə daxil olub
Namizəd Səfərovun cinayət işi üzrə məhkəmədə ittiham aktı elan olunub
Tramp: ABŞ NATO-ya hamıdan çox pul xərcləyir, amma heç bir fayda əldə etmir
Qara Dəniz Ticarət və İnkişaf Bankı Unibanka 7 milyon dollarıq kredit xətti ayırıb
Arzu Nağıyev: Azərbaycan polisi dövlətçiliyimizin etibarlı dayağı, vətəndaş təhlükəsizliyinin əsas təminatçısıdır
Səhiyyə nazirinin müavinlərinin sayı artırılıb
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı müzakirə edilib
İran Xameneinin dəfn mərasimi ərəfəsində ABŞ və İsrailə xəbərdarlıq edib
HAMAS İsraillə əməkdaşlıqda ittiham olunan Qəzza sakinini edam edib
Gəncədə 2 avtomobil toqquşub, xəsarət alanlar var