Bank Of Baku

Radikal dini qruplaşma üzvlərinin məhkəmə prosesi təxirə salınıb

Radikal dini qruplaşma üzvlərinin məhkəmə prosesi təxirə salınıb
# 22 yanvar 2009 13:13 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə Azərbaycan Ordusunun keçmiş zabiti Kamran Əsədovun və digər 19 nəfərin cinayət işi üzrə məhkəmə prosesi günün ikinci yarısında davam etdirilib. APA-nın məlumatına görə, hakim İslam Neymanovun sədrliyi ilə qapalı keçirilən prosesdə təqsirləndirilən Rövşən Əbdüləliyevin qardaşı Elşən Əbdüləliyev şahid kimi ifadə verməkdən imtina edib. Digər təqsirləndirilən şəxslərin yaxınları da ifadə verməkdən imtina etdikləri üçün proses yanvarın 27-nə təxirə salınıb.
Qeyd edək ki, təqsirləndirilən şəxslər - Kamran Əsədov, Bəxtiyar Orucov, Fərid Cabbarov, Elşən Məmmədov, Kamran Babayev, Samir Mehbalıyev, Tərlan Kərimov, Edqar Əliyev, Ramil Kərimov, Şirvani Babayev, Samir Əliyev, Yaşar Məhərrəmov, Orxan Əlizadə, Hacıbala Hüseynov, Azər İbadov, Şəhriyar Məhərrəmov, Ramin Cəlilov, Rövşən Əbdüləliyev, İlkin İsmayılov və Vüqar Əliyev dini radikal qrupda birləşərək, hərbi mübarizəyə başlamağa cəhd etməkdə, Bakıdakı “LUKoyl” yanacaqdoldurma məntəqəsinə silahlı basqın etməkdə, ABŞ və Böyük Britaniyanın Azərbaycandakı səfirliklərinə qarşı terror aktı hazırlamaqda ittiham olunurlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR