Bank Of Baku

Azərbaycanda 16 maddə ilə ittiham olunan məhbusda narkotik tutulub

Azərbaycanda 16 maddə ilə ittiham olunan məhbusda narkotik tutulub
# 22 yanvar 2009 14:31 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Azərbaycan Cinayət Məcəlləsinin 16 maddəsi ilə ittiham olunaraq həbs edilən məhbusdan narkotik maddə götürülüb. Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən APA-ya verilən məlumata görə, ötən gün Penitensiar Xidmətin Əməliyyat Şöbəsi və 7 saylı Cəzaçəkmə Müəssisəsinin əməkdaşlarının birgə həyata keçirdiyi axtarış-baxış tədbirləri zamanı həmin müəssisədə cəza çəkən, Tərtər rayon sakini, 1968-ci il təvəllüdlü İqbal Bəxtiyar oğlu Qəhrəmanovun üzərindən 0,445 qram narkotik maddə olan heroin aşkar edilərək götürülüb. Faktla bağlı toplanmış materialda aidiyyatı üzrə Xətai rayon Polis İdarəsinə göndərilib.
Qeyd edək ki, İ. Qəhrəmanov Cinayət Məcəlləsinin 181.2.1, 181.2.2, 181.2.4, 181.2.5, 181.3.2, 181.3.3, 228.1, 228.2.1, 228.2.2, 228.4, 126.2.4, 186.1, 221.2.1, 221.3, 177.2.1, 66.3 maddələri ilə 11 il müddətinə azadlıqdan məhrum edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR