Bank Of Baku

Azərbaycanda 21 868 nəfər narkoman kimi qeydiyyatdan keçib

Azərbaycanda 21 868 nəfər narkoman kimi qeydiyyatdan keçib
# 22 yanvar 2009 15:00 (UTC +04:00)
Bakı. Hafiz Heydərov –APA. 2008-ci ildə Azərbaycanda 1029 nəfər damar daxili narkotik istifadəçisi immun çatışmazlığı virusuna yoluxub. Bu barədə APA-ya Narkomaniyaya və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasın İşçi Qrupunun rəhbəri Araz Əliquliyev məlumat verib. Onun sözlərinə görə, hüquq-mühafizə orqanlarından onlara daxil olan məlumatlara əsasən 2008-ci ildə ölkədə 2 ton 210 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb. İl ərzində narkotiklə bağlı 2889 cinayət faktının qeydə alındığını diqqətə çatdıran A. Əliquliyev onlardan 1202-nin satış, 1574-nin saxlama, 97-nin isə qeyri-qanuni əkin-biçinlə bağlı olduğunu söyləyib. İşçi Qrupun rəhbəri həmçinin ötən il ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 2411 nəfər şəxsin məsuliyyətə cəlb edildiyini, bunlardan 69-nun qadın, 64-nün xarici ölkə vətəndaşı, 5 nəfərinin isə 18 yaşınadək olan şəxslər olduğunu bildirib.
İl ərzində əkilib becərilən 347 ton narkotik tərkibli bitkinin məhv edildiyini diqqətə çatdıran A. Əliquliyev həmçinin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən narkotik vasitələrin Əfqanısatan-İran Azərbaycan maşrutu üzrə həyata keçirildiyini söyləyib.
A. Əliquliyev 2008-ci ilin sonunadək Azərbaycanda 21 868 nəfər şəxsin narkoman kimi qeydiyyatdan keçdiyini, onların 420-nin qadın olduğunu bildirib: “Təəssüflə deməliyəm ki, yola saldığımız il ərzində Azərbaycanda 1029 nəfər damar daxili narkotik istifadəçisi immun çatışmazlığı virusuna yoluxub”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR