Bank Of Baku

Azərbaycan paytaxtında ata qızını bıçaqlayandan sonra özünü öldürüb

Azərbaycan paytaxtında ata qızını bıçaqlayandan sonra özünü öldürüb
# 22 yanvar 2009 15:25 (UTC +04:00)
Nərimanov rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun T. Hacıməmmədov küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında baş verib. Adıçəkilən ünvanda yaşayan, 1943-cü il təvəllüdlü Rafiq Həsənov yaşadığı mənzildə öz qızı, 1971-ci il təvəllüdlü Fəxriyyə Həsənovanı kürəyindən bıçaqlayıb. Sonra isə o, özünü yaşadığı binanın 4-cü mərtəbəsindən yerə atıb. R. Həsənov aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib. Hadisə nəticəsində yaralanan F. Həsənova isə xəstəxanaya yerləşdirilib. İlkin ehtimala görə, hadisə ailə münaqişəsi zəmnində baş verib. Faktla bağlı Nərimanov rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR