Bank Of Baku

Bakıda orta məktəbin qarşısında bıçaqlanma hadisəsi baş verib

Bakıda orta məktəbin qarşısında bıçaqlanma hadisəsi baş verib
# 23 yanvar 2009 07:38 (UTC +04:00)
Bakı. Hafiz Heydərov –APA. Bakıda 141 saylı orta məktəbin qarşısında bıçaqlanma hadisəsi baş verib. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Suraxanı rayonu Məktəbli küçəsində naməlum şəxs 1992-ci il təvəllüdlü Hüseynov Nəcməddin Qorxmaz oğlunun kürək nahiyyəsindən bıçaqla vuraraq hadisə yerindən qaçıb. Yaralı isə xəstəxanaya yerləşdirilib. Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətdə təqsirli bilinən, 1988-ci il təvəllüdlü Ələkbərzadə Emin Madər oğlu tutularaq məsuliyyətə cəlb edilib. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR