Bank Of Baku

Bakı sakini evində baş verən yanğında yanaraq ölüb

Bakı sakini evində baş verən yanğında yanaraq ölüb
# 23 yanvar 2009 08:29 (UTC +04:00)
Bakı. Hafiz Heydərov –APA. Azərbaycan paytaxtında fərdi yaşayış evində baş verən yanğında ev sahibi yanaraq ölüb. Binəqədi yayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə bu gün saat 08:30 radələrində baş verib. Rayonun Biləcəri qəsəbəsi, M. Hüseynzadə küçəsində yerləşən 5 saylı evdə güclü yanğın olub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidməti və rayon hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. Yanğının qarşısı alınıb. Mənzilin içərisindən isə ev sahibi, 1959-cu il təvəllüdlü Vaqif Şamil oğlu Zalovun yanmış meyiti tapılıb. Yanğının nədən baş verdiyi məlum deyil. Faktla bağlı araşdırmalar davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR