Bank Of Baku

Azərbaycanın Qax rayonunda 7 uşaq atası olan 73 yaşlı kişi özünü çaya ataraq intihar edib

Azərbaycanın Qax rayonunda 7 uşaq atası olan 73 yaşlı kişi özünü çaya ataraq intihar edib
# 23 yanvar 2009 08:36 (UTC +04:00)
Qax rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, meyitin şəxsiyyəti artıq müəyyənləşdirilib. Bu, 1936-cı ildə Dağıstan Respublikasının Rutul rayonunda anadan olmuş Qax şəhər sakini Nuriyev Xızrı Hacıəhmədoviçdir. İlkin araşdırma zamanı əsəb xəstəliyindən əziyyət çəkən X. Nuriyevin özünü çaya ataraq intihar etdiyi məlum olub. Faktla bağlı Qax rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Qeyd edək ki, 7 uşaq atası X. Nuriyev yanvarın 15-də Şəkiyə getmək adı ilə evdən çıxıb, bir daha geri qayıtmayıb. Qax rayon Polis Şöbəsi tərəfindən X. Nuriyev barəsində axtarış elan edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR