Bank Of Baku

Nailə və Reyhanə Məcidova bacılarını qətlə yetirməkdə təqsirləndirilən İsmayılov qardaşlarının məhkəməsində şahid ifadə verib

Nailə və Reyhanə Məcidova bacılarını qətlə yetirməkdə təqsirləndirilən İsmayılov qardaşlarının məhkəməsində şahid ifadə verib
# 23 yanvar 2009 09:35 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Dəvəçi rayonunun Dağ Bilici kənd sakinləri Nailə və Reyhanə Məcidova bacılarını qətlə yetirməkdə təqsirləndirilən Qələgah kənd sakinləri - Təvəkkül, Elnur və Elçin İsmayılov qardaşlarının cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib. APA-nın məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən və zərər çəkən tərəfin nümayəndələri iclasa qatılmayıblar. Buna baxmayaraq, məhkəmə iclasın onların iştirakı olmadan davam etdirilməsini qanuna uyğun hesab edib. Prosesdə Qələgah kəndinin sakini Hikmət Rzayev əlavə şahid kimi ifadə verib. H. Rzayev deyib ki, Nailə və Reyhanə Məcidova bacılarının itkin düşdüyü gün Elnur İsmayılov onun xahişi ilə dayısı Eldarın dəfn mərasimi üçün görülən tədarükdə iştirak edib: “2007-ci il avqustun 6-da saat 11.10-da evimizə zəng edib dayım Eldarın ağır vəziyyətdə olduğunu dedilər. Təxminən 40 dəqiqəyə ailəmizlə birgə Dəvəçi şəhərinə getdik. Saat 13.00 radələrində isə Qələgah kəndinə qəbirin üstünə döşəmək üçün taxta kəsməyə döndüm. Əvvəlcə, mən Mübarizi, o isə Elnuru və Fərruxu çağırdı. Biz nənəmin həyətindəki tut ağacından bəzi budaqları kəsdik. Axşam saat 4-də işimizi bitirdik, dayımın cənazəsini kəndə gətirdilər təxminən 17.30-da dəfn etdik. Həmin gün saat 6-7-yə qədər orada olduq”. Sonra şahid hakimlərin, prokurorun və vəkilin suallarını cavablandırıb.
Proses fevralın 5-də davam etdiriləcək.

Qeyd edək ki, Təvəkkül, Elnur və Elçin İsmayılov qardaşları Dəvəçi rayonunun Dağ Bilici kənd sakinləri Nailə və Reyhanə Məcidova bacılarını qətlə yetirməkdə ittiham olunurlar. İttiham aktında Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə), 149-cu (zorlama), 150.2.3-cü (azyaşlı şəxsə qarşı seksual xarakterli əməllər törətmə), 127. 1-ci (qəsdən sağlamlığa az ağır zərər vurma), 144.3-cü (adam oğurluğu), 177-ci (oğurluq), 178-ci (dələduzluq) və 221-ci (qanunsuz olaraq odlu silah, onun hissələrini hazırlama, saxlama, satma, daşıma, göndərmə) maddələri ilə ittiham olunan İsmayılov qardaşlarının ötən ilin avqustunda Məcidova bacılarını öldürdükdən sonra Samur-Abşeron kanalına atdıqları göstərilib. N. Məcidovanın meyiti keçən il avqustun 9-da Samur-Abşeron kanalının Siyəzən istiqamətində aşkarlanıb. R. Məcidovanın meyiti isə indiyədək tapılmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR