Bank Of Baku

13 ildir Qəzzada yaşayan Azərbaycan vətəndaşı: “Bakıya, anamın yanına qayıtmaq istəyirəm” - EKSKLÜZİV

13 ildir Qəzzada yaşayan Azərbaycan vətəndaşı: “Bakıya, anamın yanına qayıtmaq istəyirəm” - <font color=red>EKSKLÜZİV</font>
# 23 yanvar 2009 10:41 (UTC +04:00)
O, hərbi əməliyyatların dayanmasına rəğmən burada qalmaq əhval-ruhiyyəsində olmadığını bildirib: “Hərbi əməliyyatlar aparılmır, amma burada qalmağa istəyim yoxdur. İstənilən an hər şey yenidən başlaya və vəziyyət yenidən pisləşə bilər. Sizinlə danışdığım zaman Qəzzada elektrik enerjisi hələ də yoxdur. Gündə ən yaxşı halda 2-3 saat işıq verirlər, alkin bu normal yaşayış üçün kifayət deyil. Evlərə qaz da verilmir, yeməyi hələ də ocaqda bişirirəm. Ərzaq məhsulları isə son dərəcə bahadır”. Dinara Abdullah münaqişə zamanı ailə üzvlərinin xəsarət almadığını deyib: “Lakin şəhərdə yaşamaq çox qorxulu idi. Bir dəfə həyat yoldaşım qəlpə yağmuru altına düşmüşdü. Biz daha çox psixoloji baxımdan zərbə almışıq. Uşaqlar çox qorxurdular, bu müddət ərzində aclıqdan da əziyyət çəkmişik”. Qeyd edək ki, Dinara Abdullahın ailəsi Azərbaycana köçməyə hazırlaşır. Azərbaycanlı qadının həyat yoldaşı Abdullah Əhməd Ömər isə APA-ya açıqlamasında əvvəlki vaxtlara nisbətən hazırda vəziyyətin daha sabit olduğunu deyib: “Bununla belə biz istənilən halda Bakıya köçmək istəyirik. Amma hələlik yollar bağlıdır, həm də beş uşağım məktəbdə oxuyur”. Abdullah Əhməd Ömər fələstinli olsa da, Bakıda ali təhsil alıb: “Mən Azərbaycan Tibb Universitetini bitirmişəm. Hazırda həkim işləyirəm. Bakıda çoxlu dostlarım var”. Dinara Abdullah APA-ya bildirib ki, Bakıya qayıtmağa şərait yaratmaq üçün Azərbaycanın Misirdəki səfirliyinə müraciət ediblər: “Biz buradan getmək istəyirik. Mən artıq konsul Vüqar Yusifovla danışmışam, o kömək etməyə söz verib. Bakıya, anamın yanına qayıtmaq istəyirik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR