Bank Of Baku

Bakıda “Avropa Şurası və Azərbaycan: insan hüquqlarının müdafiəsində yeni mərhələ” mövzusunda dəyirmi masa keçirilib

Bakıda “Avropa Şurası və Azərbaycan: insan hüquqlarının müdafiəsində yeni mərhələ” mövzusunda dəyirmi masa keçirilib
# 23 yanvar 2009 11:25 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Bu gün Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin təşkilatçılığı ilə Avropa Şurasının 60, Avropa İnsan Hüquqları Məhkəməsinin isə 50 illiyinə həsr olunan “Avropa Şurası və Azərbaycan: insan hüquqlarının müdafiəsində yeni mərhələ” mövzusunda dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən Ombudsman Elmira Süleymanova Azərbaycanın Avropa Şurası ilə əməkdaşlığının uğurla davam etdirildiyini, ölkədə qanunvericilik bazasının təkmilləşdirildiyini bildirib. Ombudsman ölkədə aşağı səviyyədə rüşvət hallarının mövcud olduğunu, müvafiq qurumlarda işgəncə faktlarına rast gəlindiyini, bələdiyyələrin işinə müdaxilə hallarına yol verildiyini də diqqətə çatdırıb. E. Süleymanova bu çatışmazlıqların aradan qaldırılmasının zəruri olduğunu deyib. Müvəkkil, həmçinin bələdiyyələrdən aşağı strukturların ləğv edilməsinin vacibliyini də diqqətə çatdırıb.
Avropa Şurası baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Veronika Kotek təmsil etdiyi qurumla Azərbaycan arasındakı əməkdaşlıqdan razı olduqlarını, bu əməkdaşlığın səviyyəsinin daha da dərinləşdirilməsinə çalışdıqlarını deyib.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov Azərbaycan qanunvericiliyi ilə İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası arasında prinsipial ziddiyyətlərin olmadığını deyib: “Müəyyən uyğunsuzluqlar isə ola bilər”.
Ə. Hüseynov Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin böyük bir hissəsini yerinə yetirdiyini deyib. Komissiya sədri öhdəliklərdən biri olan “Alternativ xidmət haqqında” qanun layihəsinin hazırlanması ilə bağlı işçi qrupun da fəaliyyət göstərdiyini bildirib.
Ə. Hüseynov, həmçinin Ombudsman Aparatı tərkibində daim inkişafda olan Avropa president hüququnun öyrənilməsi üçün müvafiq qurumun yaradılması təklifini də irəli sürüb: “Belə olsa, həmin qrup ölkə qanunvericiliyini ekspertizadan keçirə və beynəlxalq hüquqa uyğunluğunu öyrənə bilər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR