Bank Of Baku

Ucarda və Maştağada ev yanıb

Ucarda və Maştağada ev yanıb
# 23 yanvar 2009 11:25 (UTC +04:00)
Bakı-APA. Dünən saat 23.00 radələrində Ucar rayonunun Alpout kənd sakini Etibar Xəlilova məxsus 1 mərtəbəli 4 otaqlı evdə yanğın baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nəticədə bütövlükdə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb. Araşdırmalar aparılır.
Bu gün saat 01.00 radələrində isə Maştağa qəsəbə sakini Xəyyam Qarayevə məxsus evdə yanğın olub. Nəticədə 150 kvadrat metr sahədə yanar konstruksiyalar və oradakı əşyalar yanıb. Faktla bağlı araşdırmalar aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR