Bank Of Baku

Adam oğurluğunda təqsirləndirilən dəstənin məhkəməsi başlayıb

Adam oğurluğunda təqsirləndirilən dəstənin məhkəməsi başlayıb
# 23 yanvar 2009 12:35 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə adam oğurluğunda təqsirləndirilən dəstənin cinayət işi üzrə məhkəmə baxışı başlayıb. APA-nın məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən qapalı iclasda dövlət ittihamçısı ittiham aktını elan edib.

İttiham aktına əsasən, Məhərrəm və Zaur Vəliyev qardaşları, onların əmisi oğlu Rövşən Vəliyev, o cümlədən qohumları İlqar Hüseynov 2008-ci ilin oktyabrın 9-da adı açıqlanmayan qızı oğurlayıblar.

Qeyd edək ki, adıçəkilən şəxslər Azərbaycan Cinayət Məcəlləsinin 144.1-ci (adam oğurluğu) maddəsi ilə təqsirləndirilirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR