Bank Of Baku

Ötən il Bakıda baş verən yol qəzalarında 352 nəfər ölüb

Ötən il Bakıda baş verən yol qəzalarında 352 nəfər ölüb
# 23 yanvar 2009 12:48 (UTC +04:00)
Bakı. Hafiz Heydərov –APA. Ötən il Azərbaycan paytaxtında 1392 yol nəqliyyat hadisəsi baş verib. Bu barədə APA-ya məlumat verən Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Vaqif Əsədov baş vermiş yol qəzalarında 352 nəfərin dünyasını dəyişdiyini, 1534 nəfərin isə müxtəlif dərəcəli bədən xəsarətləri aldığını söyləyib. V. Əsədov həmçinin bu rəqəmin 2007-ci illə müqayisədə baş vermiş yol qəzalarının 9,1 faiz, ölənlərin sayının 11,7 faiz, xəsarət alanların sayının isə 11,6 faiz azaldığını bildirib. 2008-ci il ərzində baş vermiş yol-nəqliyyat hadisələrinin əksəriyyətinin paytaxtın H. Əliyev, Z. Bünyadov, Babək, Q. Qarayev, Nobel prospektləri, Aeroport yolu, Bakı-Quba, Bakı-Şamaxı və Bakı-Astara şosselərində qeydə alındığını diqqətə çatdıran V. Əsədov qəzaların baş verməsinə əsas səbəbinin sürücülərin avtomobilləri yüksək sürətlə idarə etməsi ilə bağlı olduğunu bildirib. Belə ki, o, ötən il ərzində paytaxtda qeydə alınan qəzaların 51,2 faizinin sürət həddinin aşılması nəticəsində baş verdiyini deyib.
V. Əsədov həmçinin 2008-ci ildə paytaxtda piyadaların vurulması ilə nəticələnən 736 yol nəqliyyat hadisəsinin qeydə alındığını və bu hadisələr zamanı 192 nəfərin öldüyünü, 597 nəfərinin isə müxtəlif dərəcəli bədən xəsarətləri aldığını söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR