Bank Of Baku

Vətənə xəyanətdə ittiham olunan Azərbaycan əsgəri Vüsal Heybətov 11 il müddətinə azadlıqdan məhrum edilib

Vətənə xəyanətdə ittiham olunan Azərbaycan əsgəri Vüsal Heybətov 11 il müddətinə azadlıqdan məhrum edilib
# 23 yanvar 2009 12:43 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə vətənə xəyanətdə təqsirləndirilən Azərbaycan əsgəri Vüsal Heybətovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Məhkəmədən APA-ya verilən məlumata görə, hakim Zeynal Ağayevin sədrliyi ilə qapalı keçirilən məhkəmənin hökmü ilə V. Heybətov Azərbaycan Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunaraq 11 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 2008-ci il aprelin 11-də Ermənistan hərbçiləri tərəfindən əsir götürülən əsgər Vüsal Heybətov həmin ilin mayın 3-də əsirlikdən azad olunub. Bundan sonra onun əsir düşməsi faktı ilə bağlı aparılan istintaq zamanı V. Heybətov Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə təqsirli bilinib və barəsində həbs-qətimkan tədbiri seçilib.

Xatırladaq ki, 1989-cu il təvəllüdlü Vüsal Heybətov Qobustan rayonu Xilmilli kənd sakinidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR