Bank Of Baku

Ötən il Bakıda 598 avtoxuliqan saxlanılıb

Ötən il Bakıda 598 avtoxuliqan saxlanılıb
# 23 yanvar 2009 13:05 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Ötən il Bakıda 598 avtoxuliqan saxlanılıb. Bu barədə APA-ya Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Vaqif Əsədov məlumat verib. Onun sözlərinə görə, il ərzində aşkarlanan avtoxuliqanlar barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 296.1-ci (avtoxuliqanlıq) maddəsinə əsasən protokol tərtib edilərək tədbir görülməsi üçün aidiyyatı üzrə məhkəmə orqanlarına göndərilib. Məhkəmələrin qərarına əsasən isə 91 “avtoş”a müxtəlif müddətlərə həbs cəzası verilib. V. Əsədov həmçinin paytaxtda saxlanılan avtoxuliqanlardan 284 nəfərinin sürücülük hüququndan məhrum edildiyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR