Bank Of Baku

Leyla Yunusun məhkəməsi təxirə salınıb

Leyla Yunusun məhkəməsi təxirə salınıb
# 23 yanvar 2009 13:57 (UTC +04:00)
Bakı. Hafiz Heydərov –APA. Azərbaycanın daxili işlər naziri Ramil Usubovun hüquq müdafiəçisi Leyla Yunusa qarşı qaldırdığı iddia əsasında Nəsimi rayon Məhkəməsində bu günə təyin olunan məhkəmə prosesi təxirə salınıb. Bu barədə APA-ya Nəsimi rayon Məhkəməsindən məlumat verilib. Məlumata görə, məhkəmənin təxirə salınmasına cavabdeh tərəfin vəsatət qaldırması səbəb olub. Vəsatətdə nazirin iddiası əsasında mövcud şikayətin aidiyyəti üzrə ünvanlanmadığı qeyd edilib. Cavabdeh tərəf iddia ərizəsinə hüquq müdafiəçisi L. Yunusun yaşadığı ünvanda, yəni Yasamal rayon Məhkəməsində baxılmasını istəyib. Bundan başqa vəsatətdə keçiriləcək məhkəmə proseslərinin açıqlığının təmin edilməsi xahiş olunub. Bununla əlaqədar hazırlıq iclası yanvarın 26-na təyin edilib.
Qeyd edək ki, daxili işlər naziri Ramil Usubovun Nəsimi rayon Məhkəməsinə təqdim olunan iddia ərizəsində bildirilib ki, Leyla Yunus ötən il dekabrın 3-də day.az saytına verdiyi müsahibədə Daxili İşlər Nazirliyinə böhtan atıb. R. Usubov həmin müsahibənin polisin işgüzar nüfuzuna xələl gətirdiyini bildirib, L. Yunusun təkzib verməsini, nazirlikdən üzr istəməsini və mənəvi zərərin əvəzində 100 min manat cərimə ödəməsini istəyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR