Bank Of Baku

Elçin Behbudov Zərdüşt Əlizadənin həbs edilən oğlu ilə görüşüb

Elçin Behbudov Zərdüşt Əlizadənin həbs edilən oğlu ilə görüşüb
# 23 yanvar 2009 14:30 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bayıldakı 1 saylı istintaq təcridxanasında olub. E. Behbudovun APA-ya verdiyi məlumata görə, istintaq təcridxanasında yanvarın 21-də Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən keçirilən əməliyyat zamanı saxlanılan politoloq Zərdüşt Əlizadənin oğlu Salur Əlizadə ilə görüşüb. S. Əlizadə saxlanma şəraitindən narazı olmadığını deyib. Hüquq-müdafiəçisi görüşün digər detallarını açıqlamaq istəməyib.
E. Behbudov 1 saylı təcridxanada müraciət əsasında 2008-ci il noyabrın 25-də Lökbatan qəsəbəsində yerləşən 19 saylı xəstəxanada baş verən partlayışla əlaqədar həbs olunan 1969-cu il təvəllüdlü Hüseynov Sabir Ənvər oğlu ilə də görüşdüyünü deyib. E. Behbudovun sözlərinə görə, S. Hüseynov ona qarşı irəli sürülən ittihamla özünü müqəssir bilmir. Komitə sədri deyib ki, S. Hüseynov polis tərəfindən saxlanılan zaman ona zor tətbiq olunduğunu da bildirib. E. Behbudov məsələ ilə bağlı daxili işlər naziri Ramil Usubova müraciət edəcəyini deyib.
Qeyd edək ki, S. Hüseynov 2008-ci il noyabrın 25-də Lökbatan qəsəbəsində yerləşən 19 saylı xəstəxanada baş vermiş partlayışla əlaqədar saxlanılıb. Fakt üzrə Cinayət Məcəlləsinin 29 (cinayət etməyə cəhd), 120.2.4 (ümumi təhlükəli üsulla adam öldürmə) və 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR