Bank Of Baku

Ermənistanda əsirlikdə saxlanılan Azərbaycan əsgərinin ailəsinə yazdığı məktubun məzmunu açıqlanıb

Ermənistanda əsirlikdə saxlanılan Azərbaycan əsgərinin ailəsinə yazdığı məktubun məzmunu açıqlanıb
# 23 yanvar 2009 15:36 (UTC +04:00)
Bu barədə APA-nın Qarabağ bürosuna əsirin atası Rəhman Həsənov bildirib. R. Həsənov məktubun mətninin aşağıdakı kimi olduğunu deyib: “Sağlıq-salamatlıqdır. Vəziyyətim yaxşıdır. Tezliklə görüşərik. Bütün qohum-əqrəbaya məndən salam deyin. Həmçinin əmilərimə və dayılarıma”.
Qeyd edək ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Ermənistan nümayəndəliyinin əməkdaşları yanvarın 21-də R. Həsənovla görüşüblər. BQXK nümayəndələri əsirin saxlanma şəraitinin monitorinqini apararaq, onun səhhəti ilə maraqlanıblar. R. Həsənovun adından BQXK təmsilçisi əsirin ailəsinə məktub yazıb.
Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin əsgəri, 1989-cu il təvəllüdlü Rafiq Rəhman oğlu Həsənov 8 oktyabr 2008-ci il tarixdə Qazax rayonu ərazisində qoşunların təmas xəttində Ermənistan hərbçiləri tərəfindən naməlum şəraitdə əsir götürülüb.
R. Həsənov yazıb-oxuya bilmədiyi üçün onun adından ailəsinə məktubları BQXK nümayəndələri yazıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR