Bank Of Baku

Bakıda bir neçə cinayət hadisəsi törətməkdə şübhəli bilinərək barəsində axtarış elan olunan şəxs tutulub

Bakıda bir neçə cinayət hadisəsi törətməkdə şübhəli bilinərək barəsində axtarış elan olunan şəxs tutulub
# 23 yanvar 2009 15:40 (UTC +04:00)
Bakı. Hafiz Heydərov –APA. Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin və Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının birgə həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində yanvarın 8-i saat 11.30 radələrində Sabunçu qəsəbəsində törədilmiş cinayət hadisəsinin üstü açılıb. Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən APA-ya verilən məlumata görə, Sabunçu qəsəbəsindəki dəmir yolu vağzalı yaxınlığında naməlum şəxslər tərəfindən Azərbaycan vətəndaşı Salamov Malik Oqtay oğluna ağır xəsarət yetirilib və o, sonradan xəstəxanada vəfat edib.
Penitensiar Xidmətin Əməliyyat Şöbəsinin Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yol Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının birgə həyata keçirdiyi əməliyyat tədbiri nəticəsində bu gün həmin hadisəni törətmiş, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş və paytaxtda daha bir neçə cinayət hadisəsi törətməkdə şübhəli bilinərək barəsində axtarış elan olunmuş, 1987-ci il təvəllüdlü Təhməzov Adil Bakıxanov qəsəbəsindəki “Badu-Kubə” şadlıq sarayı yaxınlığında tutulub. Faktla bağlı istintaq aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR