Bank Of Baku

2008-ci ildə Azərbaycanda məhkəmələrə 22,320 müraciət edilib

2008-ci ildə Azərbaycanda məhkəmələrə 22,320 müraciət edilib
# 23 yanvar 2009 16:17 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün Ali Məhkəmənin Plenumunun 2008-ci ilin yekunlarına həsr edilən iclası keçirilib. APA-nın məlumatına görə, məhkəmənin sədri Ramiz Rzayevin plenumda məhkəmə-hüquq sahəsinə aparılan islahatlar barədə çıxış edib. Onun sözlərinə görə, islahatlar nəticəsində son illərdə Ali Məhkəmədə baxılan işlərin keyfiyyəti yaxşılaşıb, əvvəlki illərlə müqayisədə 2008-ci ildə vətəndaşların hüquqlarının məhkəmə müdafiəsinin səviyyəsi yüksəlib. Plenumda Ali Məhkəmənin məhkəmə kollegiyaları sədrlərinin 2008-ci ildəki vəziyyətə dair məlumatları dinlənilib, bu məlumatlarla əlaqədar müzakirələr aparılıb.

İclasda bildirilib ki, Ali Məhkəmənin iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyası istisna olmaqla, digər kollegiyalarda 2008-ci ildə baxılan işlər və daxil olan müraciətlər 2007-ci illə müqayisədə artıb. İqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyasında 7,1 faiz azalma müşahidə olunduğu halda, mülki işlər üzrə məhkəmə kollegiyasında 22,8, cinayət işləri üzrə məhkəmə kollegiyasında 22,8, hərbi işlər üzrə məhkəmə kollegiyasında isə 9 faiz artım olub. Bu da Ali Məhkəməyə daxil olan işlərin sayının 19 faiz artdığını göstərir. Əgər 2007-ci ildə Ali Məhkəmədə cəmi 3 min 639 işə baxılıbsa, 2008-ci ildə bu rəqəm 4 min 333 olub. Müşavirədə qeyd edilib ki, Ali Məhkəmənin Plenumunun 2008-ci ildə də 6 iclası keçirilib və 41 qərar çıxarılıb.

2008-ci ildə məhkəməyə 22 min 320 müraciət edilib, əlavə kassasiya şikayəti ilə bağlı müraciətlər isə 2,6 faiz azalıb. 2008-ci ildə 2007-ci illə müqayisədə respublika apelyasiya məhkəmələrinin qəbul etdiyi məhkəmə aktlarının Ali Məhkəmənin kollegiyalarında baxılmış işlərin ümumi sayına görə ləğvi 2,5 faiz azalıb. Plenumda Ali Məhkəmənin 2009-cu ilin birinci yarısına dair iş planı təsdiq edilib, cinayət və mülki işlərə də baxılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR