Bank Of Baku

Sumqayıt “Etilen-Polietilen” Zavodunun rəis müavini iş yerində qəflətən vəfat edib

Sumqayıt “Etilen-Polietilen” Zavodunun rəis müavini iş yerində qəflətən vəfat edib
# 23 yanvar 2009 16:31 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. “Azərikimya” Dövlət Şirkətinin Sumqayıt “Etilen-Polietilen” Zavodunun rəis müavini iş yerində qəflətən ölüb. Sumqayıt şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, Sumqayıt şəhər sakini, 1946-cı il təvəllüdlü Ədalət İsaqulu oğlu Hacıyev iş yerində ötən gün dünyasını dəyişib. İlkin ehtimala görə, Ə. Hacıyev ürək çatışmazlığından vəfat edib. Faktla bağlı Sumqayıt şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, Ə. Hacıyev uzun müddətdir, “Azərikimya” Dövlət Şirkətinin Sumqayıt “Etilen-Polietilen” Zavodunda rəis müavini vəzifəsində çalışırdı.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR