Bank Of Baku

Saatlı rayon Polis Şöbəsi tərəfindən 8 il axtarışda olan şəxs Sumqayıtda həbs edilib

Saatlı rayon Polis Şöbəsi tərəfindən 8 il axtarışda olan şəxs Sumqayıtda həbs edilib
# 23 yanvar 2009 16:48 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Saatlı rayon Polis Şöbəsi tərəfindən 8 il axtarışda olan şəxs Sumqayıtda həbs edilib. Sumqayıt şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, 1978-ci il təvəllüdlü Zaur Şahhüseyn oğlu Ağayev Cinayət Məcəlləsinin 243-cü (fahişəliyə cəlb etmə) və 177-ci (oğurluq) maddələri ilə təqsirli bilinərək 2000-ci ildən Saatlı RPŞ tərəfindən axtarışa verilib.

Sumqayıt şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində o, şəhərin Novxanı bağlarında saxlanılıb. Z. Ağayevin axtarışda olduğu müddətdə də bir neçə oğurluq əməli törətdiyi də məlum olub. Onun barəsində başlanılmış cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR