Bank Of Baku

Bakı şəhər Prokurorluğunun 15 əməkdaşı cəzalandırılıb, o cümlədən 1 nəfər prokurorluq orqanlarından xaric edilib

Bakı şəhər Prokurorluğunun 15 əməkdaşı cəzalandırılıb, o cümlədən 1 nəfər prokurorluq orqanlarından xaric edilib
# 24 yanvar 2009 06:47 (UTC +04:00)
APA-nın məlumatına görə, müşavirədə hesabat məruzəsi ilə çıxış edən Bakı şəhər prokuroru Əziz Seyidov 2008-ci ildə qeydə alınmış 10390 cinayət hadisəsinin 81,4 faizinin açıldığını bildirib. Ə. Seyidov deyib ki, ötən il ərzində prokurorluqda 407, daxili işlər orqanlarında isə 3924 cinayət işi üzrə istintaq yekunlaşdırılaraq baxılması üçün məhkəməyə göndərilib. Hesabat dövründə bir sıra ağır və xüsusilə ağır cinayət işləri istintaq olunaraq həmin cinayətləri törətmiş şəxslər ifşa edilməklə cinayət məsuliyyətinə cəlb olunub.

Müşavirədə qeyd edilib ki, hesabat dövründə əldə olunmuş müsbət nəticələrlə yanaşı, nöqsanlar da olub. 2008-ci ildə baş vermiş 5 qəsdən adamöldurmə cinayətinin indiyə kimi açılmaması, quldurluq cinayətlərinin artması bu sahədə daha təsirli tədbirlərin görülməsi zərurəti yaradıb.
Ötən il vətəndaşların qəbuluna, onların müraciətlərinə baxılmasına xüsusi diqqət yetirilib.

Prokurorluğun əməkdaşlarından əmək və icra intizamına tam, dəqiq riayət olunması tələb edilib, qanun pozuntularına yol vermiş işçilər barəsində ciddi tədbirlər görülüb. Belə ki, ötən il prokurorluğun 15 əməkdaşı intizam qaydasında cəzalandırılıb, o cümlədən 1 nəfər prokurorluq orqanlarından xaric edilib.

Ə. Seyidov “Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsinin müzakirəsi, onun izahı və bu il martın 18-də keçiriləcək referendumla əlaqədar prokurorluq orqanlarının qarşısında duran vəzifələr barədə ətraflı məlumat verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR