Bank Of Baku

Rusiyada qətl törətmiş Azərbaycan vətəndaşı Samuxda həbs olunub

Rusiyada qətl törətmiş Azərbaycan vətəndaşı Samuxda həbs olunub
# 24 yanvar 2009 07:03 (UTC +04:00)
Samux. Nəzakət Məşədiəliqızı - APA. Azərbaycan Daxili İşlər Nazirliyi, Samux rayon Polis Şöbəsi və Rusiyanın Rostov vilayətinin Baş Daxili İşlər İdarəsi əməkdaşlarının birgə apardıqları əməliyyat tədbirləri nəticəsində 24 yaşlı Ramin Hüseyn oğlu Abdullayev Samux rayonunda həbs olunub. Samux rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə R. Abdullayev 2007-ci ilin avqust ayında Rusiyanın Rostov vilayətində qətl hadisəsi törədib. O, oğurluq məqsədi ilə tanışı olan rus qadınının evinə girib. 270 min rus rublunu götürdükdən sonra evi yandırıb qaçmaq istəyən zaman qonşu R. Abdullayevi görüb. Şahidi aradan götürmək məqsədi ilə R. Abdullayev qonşu qadına bir neçə bıçaq zərbəsi vurub, sonra isə boğazını kəsib.

Lakin R. Abdullayev APA-nın yerli bürosuna hadisəni törətmədiyini bildirib.

O, Rusiya Cinayət Məcəlləsinin 105-ci maddəsi ilə təqsirli bilinir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR