Bank Of Baku

Türkiyədən Azərbaycana avtomobil gətirən “Volvo” Qaradağ ərazisində qoşqusundakı 7 avtomobillə birlikdə yanıb

Türkiyədən Azərbaycana avtomobil gətirən “Volvo” Qaradağ ərazisində qoşqusundakı 7 avtomobillə birlikdə yanıb
# 24 yanvar 2009 08:00 (UTC +04:00)
Qaradağ rayon Yanğından Mühafizə Xidmətindən APA-ya verilən məlumata görə, Türkiyə vətəndaşı, 1972-ci il təvəllüdlü İlham Qədirli Salehin idarə etdiyi “Volvo” markalı, 34 TD 0154 dövlət qeydiyyat nömrə nişanlı treylerin yanmasına qoşqunun təkərlərində baş verən sürtünmə səbəb olub. Yanğın nəticəsində Türkiyənin ANT şirkətinə məxsus “Volvo” ilə yanaşı, qoşquda olan 7 ədəd “Honda” markalı avtomobil yanıb.

Yaponiyadan gətirilən “Honda” avtomobilləri Türkiyədə treylerə yüklənərək, “Honda”nın Xırdalan qəsəbəsində yerləşən Azərbaycan nümayəndəliyinə çatdırılmalıymış. Hadisənin sürücünün səhlənkarlığı ucbatından baş verdiyi ehtimal olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR