Bank Of Baku

Qəbələdə və Bakıda ölümlə nəticələnən yol qəzaları olub

Qəbələdə və Bakıda ölümlə nəticələnən yol qəzaları olub
# 24 yanvar 2009 10:19 (UTC +04:00)
Bakı-APA. Dünən saat 18.00 radələrində Qəbələ rayonunun Vəndam kəndi ərazisində, rayon sakini Rəvan Bəşirov "VAZ-21093" markalı avtomaşını idarə edərkən onu ağaca vurub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nəticədə onun sərnişin rayon sakini Vüqar Abışov hadisə yerində dünyasını dəyişib. Faktla bağlı Qəbələ rayon Polis Şöbəsi tərəfindən araşdırmalar aparılır. Dünən saat 15.30 radələrində isə Mingəçevir şəhərinin ərazisində, şəhər sakinləri Ülfət Qasımovun idarə etdiyi "QAZ-2410" markalı Sərxan Əliyevin idarə etdiyi "Opel" markalı və Şəki rayon sakini Tariyel Məmmədovun idarə etdiyi "VAZ-2106" markalı avtomaşınlar toqquşublar. Nəticədə xəsarət almış S. Əliyev, T. Məmmədov və sərnişinləri, Şəki rayon sakini Bayram İsayev və Şamaxı rayon sakini Mustafa Əliyev xəstəxanaya yerləşdirilmiblər. Həmin gün saat 23.55 radələrində Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində, qəsəbə sakini Laçın Ağacanov "VAZ-2106" markalı avtomaşını idarə edərkən Maştağa qəsəbə sakini Nəsimi Axundov vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən N. Axundov orada dünyasını dəyişib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR