Bank Of Baku

Bakıda quldurluq, soyğunçuluq və oğurluq törətmiş 38 cinayətkar qrup zərərsizləşdirilib

Bakıda quldurluq, soyğunçuluq və oğurluq törətmiş 38 cinayətkar qrup zərərsizləşdirilib
# 24 yanvar 2009 19:01 (UTC +04:00)
APA-nın məlumatına görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun iştirakı ilə keçirilən müşavirədə məruzə ilə çıxış edən BŞBPİ-nin rəisi, general-mayor Rafiq Abbasov bildirib ki, ötən il paytaxt Bakıda kriminogen durum nəzarətdə saxlanılıb, qeydə alınmış 10390 cinayət hadisəsinin 81,4 faizi açılıb, 2007-ci illə müqayisədə ölümə sui-qəsdlərin sayı 34,3 faiz, qəsdən sağlamlığa ağır xəsarət yetirmələr 9,3 faiz, nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması 1,8 faiz, ölümlə nəticələnən yol-nəqliyyat hadisələri 6,2 faiz azalıb. Qanunsuz saxlanılan 257 odlu silah, o cümlədən 28 avtomat, 60 tapança, 164 tüfəng və xeyli sayda sursat götürülüb, 146 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. Axtarışda olan təqsirləndirilən şəxslərin 75,4 faizi tutulub.

Sonra məruzə ətrafında çıxışlar edilib.

Əməliyyat müşavirəsinə yekun vuran nazir R. Usubov bildirib ki, ötən il paytaxt üzrə cinayətlərin açılma faizi ümumən yüksək olub, cinayətkarlığa qarşı aparılan məqsədyönlü mübarizə nəticəsində quldurluq, soyğunçuluq və oğurluq cinayətləri törətmiş 89 nəfərdən ibarət 38 cinayətkar qrup zərərsizləşdirilib. Odlu silahın tətbiqi ilə törədilən cinayətlərin sayı 19,4 faiz azalıb. Cinayətlər nəticəsində fiziki və hüquqi şəxslərə dəymiş maddi ziyandan 72,2 faizinin ödənilməsi təmin edilib. Küçələrdə baş vermiş cinayətlər 14,9 faiz, yol-nəqliyyat hadisələrinin sayı 9,2 faiz, qəzalarda ölənlərin sayı 13,1 faiz, yaralananların sayı 11,6 faiz azalıb. Yol verilmiş qanun pozuntularının sayı, o cümlədən insan hüquq və azadlıqlarının pozulması halları əvvəlki illə müqayisədə xeyli azalıb.

Daxili işlər naziri diqqəti paytaxtın polis orqanlarının fəaliyyətində mövcud olan nöqsanlara, eləcə də qarşıda duran həlli vacib məsələlərə yönəldərək, tapşırıq və tövsiyələrini verib, nöqsanların aradan qaldırılması yollarını göstərib. Nazir qeyd edib ki, əməkdaşların peşəkarlığının və fiziki hazırlığının artırılması, nizam-intizamın daha da gücləndirilməsi, onların cinayətkarlığa qarşı mübarizənin yeni forma və üsullarını mənimsəmələri, bu yöndə işin müasir tələblər səviyyəsində təşkili məqsədi ilə lazımi tədbirlər görülməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR