Bank Of Baku

Azərbaycan millət vəkili barəsində ölüm hökmü çıxarıldığını elan edən Nardaran sakini saxlanılıb

Azərbaycan millət vəkili barəsində ölüm hökmü çıxarıldığını elan edən Nardaran sakini saxlanılıb
# 24 yanvar 2009 20:22 (UTC +04:00)
Bu barədə APA-ya F. Nəbizadə məlumat verib. Nəbizadənin sözlərinə görə, qəsəbə sakinləri idarəyə aparılaraq, dindiriliblər. Onlar Nardaran kəndində keçirilən son aksiyalarda səsləndirilmiş fikirlərlə bağlı sorğu-sual ediliblər.

Axşam saat 20.00 radələrində isə saxlanılanlardan Natiq Kərimov, Fəyyaz və Ürfan Nəbizadələr sərbəst buraxılıblar.

Ə. Hüseynov isə buraxılmayıb. Onun barəsində Cinayət Məcəlləsinin 134-cü maddəsi ilə ((öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) cinayət işi açılıb və o saxlanılıb.

F. Nəbizadə hazırda qəsəbənin bir qrup sakininin buna etiraz edərək Nardaranın İmam Hüseyn meydanında toplaşdıqlarını deyib: “Biz bu məsələnin Sabir Rüstəmxanlının tələbi ilə olduğunu bilirik. Amma biz onunla telefonla danışaraq bu söhbətin bitdiyini də demişdik. O da razılaşmışdı. Amma nədənsə belə oldu” .

Qeyd edək kki, bu il yanvarın 9-da Nardaranda keçirilən mitinqdə bir sıra sərt fikirlər səsləndirilmiş, Azərbaycan Ordusu, bəzi dövlət məmurları və millət vəkilləri əleyhinə sərt fikirlər səsləndirilmişdi. Mitinqdə çıxış edən Nardaran sakini Hacı Əli Hüseynov Azərbaycanın bəzi ziyalılarının xalqa yalan məlumatlar verdiklərini, bununla millətə xəyanət etdiklərini demişdi. Onun çıxışı belə idi: “Sabir Rüstəmxanlı kimi vicdansız ziyalılar millətə xəyanət edir, Azərbaycanın dərdini açıqlayan “Səhər” (İran kanalını nəzərdə tutulur -red.) kanalına böhtan atır. Sabir Rüstəmxanlının bu hərəkətlərinə görə onun barəsində Nardaran ağsaqqallarından biri tərəfindən ölüm fitvası çıxarılıb. Sabir Rüstəmxanlı, sən bundan sonra cangüdənlərinin sayını artır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR