Bank Of Baku

Bakıda uşaq bağçasından oğurluq edilib

Bakıda uşaq bağçasından oğurluq edilib
# 26 yanvar 2009 08:00 (UTC +04:00)
Bakı. Hafiz Heydərov –APA. Azərbaycan paytaxtında fəaliyyət göstərən uşaq bağçalarından birində oğurluq olub. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, yanvarın 24-də saat 18.30 radələrində naməlum şəxslər G. Şıxlınski küçəsində yerləşən 208 saylı uşaq bağçasının qapısını qıraraq oradan 1500 manat dəyərində ərzaq məhsullarını oğurlayıblar. Xətai rayon Polis İdarəsinin 35-ci Polis Bölməsi əməkdaşları həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən, adıçəkilən baxçada məskunlaşan, 1993-cü il təvəllüdlü Fərəcov Rauf Faiq oğlu tutularaq məsuliyyətə cəlb edilib. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR