Bank Of Baku

Məhkəmə Leyla Yunusun vəsatətini təmin edib

Məhkəmə Leyla Yunusun vəsatətini təmin edib
# 26 yanvar 2009 08:27 (UTC +04:00)
Bakı. Hafiz Heydərov –APA. Azərbaycanın daxili işlər naziri Ramil Usubovun hüquq müdafiəçisi Leyla Yunusa qarşı qaldırdığı iddia əsasında bu gün Nəsimi rayon Məhkəməsində hazırlıq iclası keçirilib. Leyla Yunusun vəkili İsaxan Aşurovun APA-ya verdiyi məlumata görə, hakim Şahin Abdullayevin sədrliyi ilə keçirilən iclasda cavabdeh tərəfin qaldırdığı vəsatətə baxılıb. Vəsatət qismən təmin edilib. Məhkəmə iddia əsasında işə aidiyyatı üzrə Yasamal rayon Məhkəməsində baxılması barədə qərar çıxarıb. İ. Aşurov bu günlərdə işin Yasamal rayon Məhkəməsinə göndəriləcəyini və ondan sonra növbəti məhkəmə prosesinin vaxtının müəyyənləşəcəyini bildirib.
Qeyd edək ki, daxili işlər naziri Ramil Usubovun qaldırdığı iddiada qeyd olunub ki, Leyla Yunus ötən il dekabrın 3-də day.az saytına verdiyi müsahibədə Daxili İşlər Nazirliyinə böhtan atıb. R. Usubov həmin müsahibənin polisin işgüzar nüfuzuna xələl gətirdiyini bildirib, L. Yunusun təkzib verməsini, nazirlikdən üzr istəməsini və mənəvi zərərin əvəzində 100 min manat cərimə ödəməsini istəyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR