Bank Of Baku

Azərbaycan paytaxtında yaşayış binasında yanğın baş verib, bir nəfər xəsarət alıb - FOTOSESSİYA - YENİLƏNİB-2

Azərbaycan paytaxtında yaşayış binasında yanğın baş verib, bir nəfər xəsarət alıb - <font color=red>FOTOSESSİYA - YENİLƏNİB-2 </font>
# 26 yanvar 2009 09:42 (UTC +04:00)
APA-nın hadisə yerində olan əməkdaşının xəbərinə görə, yanğın Azərbaycan Dövlət Neft Akademiyası ilə üzbəüz yerləşən 4 mərtəbəli yaşayış binasının 3-cü mərtəbəsindəki 91 saylı mənzildə qeydə alınıb. Mənzilin pəncərələrindən qatı tüstü çıxır. Hazırda həmin binada yerləşən bütün mağazalar bağlanıb. Hadisə yerinə 5 yanğınsöndürən maşın gəlib. Yanğının qarşısının alınması üçün tədbirlər görülür.
Nəsimi Rayon Polis İdarəsindən APA-ya bildirilib ki, hazırda binanın 3-cü mərtəbəsində güclü tüstülənmə müşahidə olunur. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və yanğınsöndürənlər cəlb olunub.
Saat 1.15 radələrində yanğın söndürülüb. Yanan mənzilin Vahid Ələkbərova məxsus olduğu bildirilib. Yanğın nəticəsində binanın 4-cü mərtəbəsindəki mənzillərdən birinin sakini, 83 yaşlı Fərzi Heydərov tüstüdən boğulma diaqnozu ilə Klinik Tibbi Mərkəzə yerləşdirilib. İlkin ehtimala görə, yanğına elektrik naqillərində olan qısaqapanma səbəb olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR