Bank Of Baku

Türkiyə vətəndaşı Bakıda dəm qazından boğularaq ölüb

Türkiyə vətəndaşı Bakıda dəm qazından boğularaq ölüb
# 26 yanvar 2009 10:24 (UTC +04:00)
Bakı-APA. Türkiyə vətəndaşı Bakıda dəm qazından boğularaq ölüb. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, yanvarın 25-də saat 07.40 radələrində Yasamal rayonundakı M. Seyidov küçəsində, orada kirayədə yaşayan Türkiyə vətəndaşı Abdulla Baş Qurd dəm qazından boğularaq dünyasını dəyişib. Araşdırmalar aparılır. Yanvarın 24-də də Bakıda dəm qazından boğulma halı baş verib. Saat 20.45 radələrində Xocasən qəsəbə sakini Südabə İbrahimova Sulutəpə qəsəbəsində yaşayan qardaşı Asəf Əhmədovun evində dəm qazından boğularaq dünyasını dəyişib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR