Bank Of Baku

Qadınları cinsi istismar məqsədi ilə Türkiyə, Rusiya və Dubaya aparan şəxslər tutulub

Qadınları cinsi istismar məqsədi ilə Türkiyə, Rusiya və Dubaya aparan şəxslər tutulub
# 26 yanvar 2009 10:32 (UTC +04:00)
Bakı-APA. Azərbaycanda insan alveri faktı ilə bağlı 3 nəfər həbs olunub. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bakı şəhər sakini Kübrə Mehdiyeva bir qrup şəxslə cinayət əlaqəsinə girib insan alveri ilə məşğul olaraq gəlir əldə etmək məqsədilə qadınları Türkiyəyə apararaq, Gəncə şəhər sakini Məlahət Ağayeva bir qrup şəxslə cinayət əlaqəsinə girib insan alveri ilə məşğul olaraq gəlir əldə etmək məqsədilə qadınları Moskva şəhərinə apararaq, Gəncə şəhər sakini Gülnar Allahverdiyeva isə bir qrup şəxslə cinayət əlaqəsinə girib, insan alveri ilə məşğul olaraq gəlir əldə etmək məqsədilə qadınları Dubay Əmirliyinə və Moskvaya göndərərək cinsi istismara məruz qoymaqda təqsirləndirilirlər.
Həmin şəxslər DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR