Azərbaycanda mənşəyi məlum olmayan sement satışının qarşısı alınıb
22 fevral 2012 09:37 (UTC +04:00)
Bakı-APA. Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycanda
mənşəyi məlum olmayan sement satışı aşkarlanıb. APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, "Qaradağ Spectal" MMC-nin direktoru, Qaradağ rayonu Qobustan qəsəbəsində yaşayan, əvvəllər məhkum olunmuş Mahir Qurbanovun müvafiq icazə olmadan "Qaradağ Tikinti Materialları" ASC-də "Qaradağ" sement zavodunun istehsal etdiyi "Special" əmtəə nişanına oxşar kisələrə mənşəyi məlum olmayan sementi dolduraraq satışını təşkil etməsi müəyyən edilib. Baxış zamanı Yasamal rayonu Şərifzadə küçəsindəki "İnşaat" mağazasından əlavə olaraq 53 kisə sement, "Qaradağ Tikinti Materialları" ASC-nin anbarında isə saxta 5450 ədəd "Spesialist" əmtəə nişanlı boş sement kisələri aşkar olunaraq götürülüb.

Hadisə
ANAMA-nın sədr müavini: Hədəfimiz hər il 65 min ha ərazini təmizləməkdir
12:22
30 may 2024
Baş prokurorun müavini: Ətraf mühitin mühafizəsi üzrə dövlət fonduna 2,6 milyon manat ödənilib
11:45
30 may 2024
Naxçıvanda 17 yaşlı qızı öldürən şəxsə hökm oxunub
11:35
30 may 2024
ANAMA sədri: Bir milyondan çox minanın hələ də çıxarılmadığı ehtimalı var
11:32
30 may 2024