Respublika Xəstəxanasının xüsusi komissiyası 2 aprel məhbuslarını müayinə edib
23 mart 2012 14:22 (UTC +04:00)
Bakı. Pərvin Abbasov - APA. Respublika Xəstəxanasının xüsusi komissiyası Penitensiar Xidmətin 16 saylı cəzaçəkmə müəssisəsində 3 məhbusu müayinə edib.
APA-nın məlumatına görə, müayinə olunan şəxslər ötən ilin 2 aprel hadisələrinə görə azadlıqdan məhrum olunmuş Arif Hacılı, Zülfüqar Eyvazlı və Ülvi Quliyevdir.
Arif Hacılının qardaşı Mustafa Hacıbəyli bildirib ki, müayinə Penitensiar Xidmət rəhbərliyinin təşəbbüsü ilə aparılıb: “Həm kardioloji, həm də ümumi müayinənin nəticələri müsbət olub, hər hansı xəstəlik aşkarlanmayıb”.